Həsrətdən söz salma
Həsrətdən söz salma
Bir baxın, barmaqlar biləyə bağlı, Ciyər də, böyrək də ürəyə bağlı, Kükrəyən ürək də kürəyə bağlı, Kürək də onurğa - dirəyə bağlı. Sevgisiz ürəkdə sevda olarmı? Qönçə tək açılıb, sönüb, solarmı? Ah – aman olmasa doyar, dolarmı? Ürək də bir ümman, ürəyə bağlı. Döş–döşə dayansa döyünər ürək, Öpüşdən məst olar, öyünər ürək, Sevgidən deyəndə söyünər ürək, Sövdəsiz sönməzmi sövdəgər ürək? Pıçıltısı pırıl – pırıl, dərində, Hıçqırtısı səhər yeli, sərində, Öz aləmi, öz xeyrində, şərində, Ya sərxoşdu, ya meyxoşdu bu ürək. Ağrıdan qıc olub, qıvrılanda bax, Ayrılığ odunda qovrulanda bax, Külünə göylərə sovrulanda bax, Körük, kösöv, ocaq, pirdi bu ürək. Bir ürək bəslərəm qəlbim qəfəsdə, Qarsıyar odunda od da, nəfəs də, Hüseyn, hərlənər həlim, həvəsdə, Həsrətdən söz salma, saralar ürək. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 04.09.2012-ci il |