Mənsə…
Mənsə…
Qarşıdan qarlı qış gəlir, Mənsə bahar gözləyirəm. Dağa, bağa yağacaq qar, Yaydan da qar gözləyirəm. Tütək olar qarğı, qamış, Kalış yeyər canım camış, Calaq tutmaz, çarpış, çalış, Söyüddən bar gözləyirəm. Hər bir dərdin öz dərmanı, Gözə gərək göz dərmanı, İrin, şirin söz dərmanı, Naçaqdan nar gözləyirəm. Varlı da var, varsız da var, Karlı da var, karsız da var, Hallı da var, halsız da var, Yağıdan yar gözləyirəm. Sınan bardaq sına dolmaz, Badımcan da badam olmaz, Hər insan da adam olmaz, Arsızdan ar gözləyirəm. Hüseyn, nə çox namərd, nadan, Mərd doğular mərd anadan, Mən bu zalım zamanadan Ancaq azar gözləyirəm. ~~~~~~~~~~~~~~~~~~~~~~ 05.08.2012-ci il |