Hakk da, Edalet de, Tükenen Zaman
HƏQQ DA, ƏDALƏT DƏ TÜKƏNƏN ZAMAN
Allah üz döndərir o məmləkətdən, Qanunsuz yaşayan şəhərdən, kənddən, İnsanlar məhrumdur hər mərhəmətdən, Həqq də, ədalət də tükənən zaman. Rüşvətin əzəli, sonu görünmür, Məmurun geydiyi donu görünmür, Həyata baxışın yönü görünmür, Həqq də, ədalət də tükənən zaman. Kasıb nalə çəkir, gönü qaralır, Sahibkar qeyz ilə səbri daralır, Məzlumun başını duman, qar alır, Həqq də, ədalət də tükənən zaman. Haqqlı olan bir kənara atılır, Əyri, doğru bir-birinə qatılır, Hakimin vicdanı pula satılır, Həqq də, ədalət də tükənən zaman. Nazirin cibləri dolur pul ilə, Ağanın nə işi kölə, qul ilə, Hər kəs gedir öz bildiyi yol ilə, Həqq də, ədalət də tükənən zaman. Vicdansızın bəxtinə gül əkilir, Ziyalının gözünə kül səpilir, Həqqi deyən tezcə dara çəkilir, Həqq də, ədalət də tükənən zaman. Coculuyam, adamlardan inciyəm, Həqqə doğru bir sədəfəm, inciyəm. Çətin ki, mən o dövrandan inciyəm, Həqq də, ədalət də tükənən zaman. Məhkəmə, Bakı –14.03.2003 |
Əzilən, döyülən, məzlum zümrənin arasında boynuyoğun görməmişəm. Sağ ol, Seyraqif müəllim.