Eşidib, belə görmüşəm
Eşidib, belə görmüşəm
Ağır elin yığnaqları Özü kimi ağır olar, Dil deməkdən yağır olar, Eşidib, belə görmüşəm. Bellərində toqqa kəmər, Mindikləri qəşəng qəmər, Əldə şallaq, şabaş, nəmər, Eşidib, belə görmüşəm. Quyruğunu düyünləyib, Atın yalını hörmüşəm, Yolda yorğasın sürmüşəm, Eşidib, belə görmüşəm. Qurşaq tutar, yallı gedər, Yıxılanlar hallı gedər, Məclis qeylü-qallı gedər, Eşidib, belə görmüşəm. Avand üzü, ya tərsi nə? Dövran da dönüb tərsinə, Hanı, harda o tər sinə? Eşidib, belə görmüşəm. Qadınları uzun tuman, Ayıb yerin örtən, yuman, Ay camalı Gün, nə duman? Eşidib, belə görmüşəm. Ətlənmək nə, lətlənmək nə? Lüt-üryan nə, lütlənmək nə? Büdrəmək nə, bütlənmək nə? Eşidib, belə görmüşəm. Obam orman, odlu, közlü, Oğulları ovçu gözlü, Elim söhbət, sazlı – sözlü, Eşidib, belə görmüşəm. Yemliklidi yal – yamacı, Un - urvadan ov umacı, Kündəni kəs, küllə sacı, Eşidib, belə görmüşəm. Kəndim dərə, dağlı, düzlü, Qatığım, qaymağım üzlü, Dilim təmiz, dürüst, düzlü, Eşidib, belə görmüşəm. Aşıqlar da saxta, aşıq, Gümüş olmaz taxta qaşıq, Dəyişmiş, dəmirik, daşıq, Daha nələri görmüşəm. Ay Hüseyn, Nə çuval, nə xaşamışam, Haramlardan haşamışam, Yarım əsri yaşamışam, Eşidib, belə görmüşəm. ~~~~~~~~~~~~~~~~~~~~ 31.07.2012 |
Özü kimi ağır olar,
Dil deməkdən yağır olar,
Eşidib, belə görmüşəm.
Bellərində toqqa kəmər,
Mindikləri qəşəng qəmər,
Əldə şallaq, şabaş, nəmər,
Eşidib, belə görmüşəm.
Quyruğunu düyünləyib,
Atın yalını hörmüşəm,
Yolda yorğasın sürmüşəm,
Eşidib, belə görmüşəm.
Qurşaq tutar, yallı gedər,
Yıxılanlar hallı gedər,
Məclis qeylü-qallı gedər,
Eşidib, belə görmüşəm.
Avand üzü, ya tərsi nə?
Dövran da dönüb tərsinə,
Hanı, harda o tər sinə?
Eşidib, belə görmüşəm.
Qadınları uzun tuman,
Ayıb yerin örtən, yuman,
Ay camalı Gün, nə duman?
Eşidib, belə görmüşəm.
Ətlənmək nə, lətlənmək nə?
Lüt-üryan nə, lütlənmək nə?
Büdrəmək nə, bütlənmək nə?
Eşidib, belə görmüşəm.
Obam orman, odlu, közlü,
Oğulları ovçu gözlü,
Elim söhbət, sazlı – sözlü,
Eşidib, belə görmüşəm.
Yemliklidi yal – yamacı,
Un - urvadan ov umacı,
Kündəni kəs, küllə sacı,
Eşidib, belə görmüşəm.
Kəndim dərə, dağlı, düzlü,
Qatığım, qaymağım üzlü,
Dilim təmiz, dürüst, düzlü,
Eşidib, belə görmüşəm.
Aşıqlar da saxta, aşıq,
Gümüş olmaz taxta qaşıq,
Dəyişmiş, dəmirik, daşıq,
Daha nələri görmüşəm.
Ay Hüseyn,
Nə çuval, nə xaşamışam,
Haramlardan haşamışam,
Yarım əsri yaşamışam,
Eşidib, belə görmüşəm.
~~~~~~~~~~~~~~~~~~~~
31.07.2012
Gardaş çok gözeldi
Sevdim okurken
Kalemine sağlık
Sevgiler gardaş