0
Yorum
0
Beğeni
5,0
Puan
1114
Okunma
Yadıma gəlmir
Nənnidə yatmağım yadıma gəlmir,
İndi yatağ dəsti süni, süngərdən.
Palçığa batmağım yadıma gəlmir,
Yağışlar yağmayır leysan Səngərdən.
O nənəm yağlayan yağlı fətirlər,
Rayihə bəxş edən güllər, ətirlər,
Göylərin üzündə gömgöy çətirlər,
Çətində karıxsam karıma gəlmir.
Hüseyn, çiçək, çəmən, yamyaşıl çöllər,
Yaşılbaş ördəkli, sonalı göllər,
O buzlu bulaqlar, növ-növ çeşmələr,
Darıxan anımda dadıma gəlmir.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
27.07.2012-ci il
5.0
100% (1)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.