Mərd kişinin ölümü
Mərd kişinin ölümü
Fayda verməz, ad ucaltmaz naxələf, Fədailər, fədakarlar fərd olar, Doğulanda bu dünyaya dərd olar, Mərd kişinin ölümü də mərd olar. Ər oğullar bəlli gendən, qanından, Ruha gələr ruh çıxanda canından, Ölü canlar yel ötəmməz yanından, Həyatı da ya şahmat, ya nərd olar. İnsanı yolundan yana çıxardan, Ya xaindi, ya namərddi, ya nadan, Bəşər xəlq olubdu belə binadan, Əsas səbəb arzu, əməl, əhd olar. Bicdən bic doğular, gicdən də ki gic, Gicliyin əlindən cəmi can girinc, Ha təriflə, mis olarmı heç bürünc? Boğazdan yuxarı tərif mədh olar. Məzəmmət etməyin bu yerdə məni, Bu dünya saçıma saldı ağ dəni, Gədənin vərdişi, bir də gödəni, Ay Hüseyin, cəhalətə cəhd olar. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 17.07.2012-ci il |
Fədailər, fədakarlar fərd olar,
Doğulanda bu dünyaya dərd olar,
Mərd kişinin ölümü də mərd olar.
Ər oğullar bəlli gendən, qanından,
Ruha gələr ruh çıxanda canından,
Ölü canlar yel ötəmməz yanından,
Həyatı da ya şahmat, ya nərd olar.
İnsanı yolundan yana çıxardan,
Ya xaindi, ya namərddi, ya nadan,
Bəşər xəlq olubdu belə binadan,
Əsas səbəb arzu, əməl, əhd olar.
Bicdən bic doğular, gicdən də ki gic,
Gicliyin əlindən cəmi can girinc,
Ha təriflə, mis olarmı heç bürünc?
Boğazdan yuxarı tərif mədh olar.
Məzəmmət etməyin bu yerdə məni,
Bu dünya saçıma saldı ağ dəni,
Gədənin vərdişi, bir də gödəni,
Ay Hüseyin, cəhalətə cəhd olar.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ÇOK ZEVKLE OKUDUM ÜSTAD GÖNLÜNE BEREKET
SELAMLAR