Qarsa salam var
Qarsa salam var – Hüseyn Aslanoğlu (Faxralı)
Ay qanadı qırıq quşlar, Ay ürəyi sınıq quşlar, Nə bayatı, nə qoşmadı, Qəlb ki, qabarıb, coşmadı. Hazırlanmış, nizamlanmış, Dedim elə gedəm dəyəm, Dəymək asan belə bəyəm? Səfərdəyəm, yol üstəyəm. Nə altıyam, nə üstüyəm, Odam, ocağam, tüstüyəm, Elə bil ki, qor üstüyəm, Torpaq deyil, tor üstüyəm. Dedim bəlkə güzarımı Borçalıdan Qarsa salam. Doğmalardan doğmalara, Dost diyara sayğı, salam. Qarsa qanım qaynayır, Damar-damar oynayır. Qardaş, qanı qanımdan, Canbir, canı canımdan. Xeyirim, şərim, yasım, Öz Borçalım, öz Qarsım Hər ikisi qarapapaq. Bir kökdən neçə budaq, Budaqlardan ayrılan Şaxə, şöydü, qol – budaq. Budaqlarda say görüm Neçə yaralı yarpaq? Yarpaqları yetirən, Bir kök üstə bitirən, İllər boyu itirən Yenə torpaqdı, torpaq. Qarsa qanım qaynayır, Çünki dili dilimdən. Bəmi bəmimdən betər, Dəmi dəmimdən betər, Qəmi qəmimdən betər, Zili zirvəyə yetər. Aramızda neçə mil Məsafə var, zaman var. Ayrılığın odunda Allah, ah var, aman var. Dünya şuluq dünyadı, Aramızda çuğullar, Yağı, yaltaq, yaman var. Durnaları azdıran, Öz yolundan yazdıran Çən, çiskin var, duman var. Qoy dağılsın dumanlar, Şək - şübhələr, gümanlar. Yaxşı açsın gözlərin Birliyə göz yumanlar. Ulu tanrım, o tayda, Kənddə, köydə, bu tayda Birdi Günəş də, Ay da. Türk dünyama birliyi Təmənnasız uman var. Qarsa qanım qaynayır, Gündüzü öz gündüzüm, Gecəsi zülmət, qaram, Yarası göz-göz yaram. Yalan desəm anamın Südü olsun qoy haram. Dünya, aləm, cahan var, Nə qədər canda can var, Yarəb, yanında varam! Ayrı düşdük ay Turan, Tayfalar talan – talan. Dağların bu üzündən O üzünə keçən var. Sızıldayıb, ağlayıb, Qəlbinə daş bağlayıb, Sərhədləri adlayıb, Köydən köyə köçən var. Aşığını dinlərəm, İçin – için inlərəm. Obaları, oymağı, Ovçularla oylağı Şenlik gəldi, gəzmədi? Üzülmədi, üzmədi? Bədahətən söz qoşub, Qanı qaynayıb, coşub, Nəbimlə deyişmədi? Saralıram ay sazım, Nə olar çəksən nazım? Milyonlaram, minlərəm, Sitəmim bol, simlərəm. Türk oğluyam mən özüm, Mənə təsəlli verən Bir sazımdı, bir sözüm. Iki göynəyən gözüm, Bir Borçalım, bir Qarsım. Üz çevirib, yan baxsam Tutulsun matəm, yasım! ~~~~~~~~~~~~~~~~~~~~ Bakı, 17.07.2012 - ci il |
Ay qanadı qırıq quşlar,
Ay ürəyi sınıq quşlar,
Nə bayatı, nə qoşmadı,
Qəlb ki, qabarıb, coşmadı.
Hazırlanmış, nizamlanmış,
Dedim elə gedəm dəyəm,
Dəymək asan belə bəyəm?
Səfərdəyəm, yol üstəyəm.
Nə altıyam, nə üstüyəm,
Odam, ocağam, tüstüyəm,
Elə bil ki, qor üstüyəm,
Torpaq deyil, tor üstüyəm.
Dedim bəlkə güzarımı
Borçalıdan Qarsa salam.
Doğmalardan doğmalara,
Dost diyara sayğı, salam.
Qarsa qanım qaynayır,
Damar-damar oynayır.
Qardaş, qanı qanımdan,
Canbir, canı canımdan.
Xeyirim, şərim, yasım,
Öz Borçalım, öz Qarsım
Hər ikisi qarapapaq.
Bir kökdən neçə budaq,
Budaqlardan ayrılan
Şaxə, şöydü, qol – budaq.
Budaqlarda say görüm
Neçə yaralı yarpaq?
Yarpaqları yetirən,
Bir kök üstə bitirən,
İllər boyu itirən
Yenə torpaqdı, torpaq.
Qarsa qanım qaynayır,
Çünki dili dilimdən.
Bəmi bəmimdən betər,
Dəmi dəmimdən betər,
Qəmi qəmimdən betər,
Zili zirvəyə yetər.
Aramızda neçə mil
Məsafə var, zaman var.
Ayrılığın odunda
Allah, ah var, aman var.
Dünya şuluq dünyadı,
Aramızda çuğullar,
Yağı, yaltaq, yaman var.
Durnaları azdıran,
Öz yolundan yazdıran
Çən, çiskin var, duman var.
Qoy dağılsın dumanlar,
Şək - şübhələr, gümanlar.
Yaxşı açsın gözlərin
Birliyə göz yumanlar.
Ulu tanrım, o tayda,
Kənddə, köydə, bu tayda
Birdi Günəş də, Ay da.
Türk dünyama birliyi
Təmənnasız uman var.
Qarsa qanım qaynayır,
Gündüzü öz gündüzüm,
Gecəsi zülmət, qaram,
Yarası göz-göz yaram.
Yalan desəm anamın
Südü olsun qoy haram.
Dünya, aləm, cahan var,
Nə qədər canda can var,
Yarəb, yanında varam!
Ayrı düşdük ay Turan,
Tayfalar talan – talan.
Dağların bu üzündən
O üzünə keçən var.
Sızıldayıb, ağlayıb,
Qəlbinə daş bağlayıb,
Sərhədləri adlayıb,
Köydən köyə köçən var.
Aşığını dinlərəm,
İçin – için inlərəm.
Obaları, oymağı,
Ovçularla oylağı
Şenlik gəldi, gəzmədi?
Üzülmədi, üzmədi?
Bədahətən söz qoşub,
Qanı qaynayıb, coşub,
Nəbimlə deyişmədi?
Saralıram ay sazım,
Nə olar çəksən nazım?
Milyonlaram, minlərəm,
Sitəmim bol, simlərəm.
Türk oğluyam mən özüm,
Mənə təsəlli verən
Bir sazımdı, bir sözüm.
Iki göynəyən gözüm,
Bir Borçalım, bir Qarsım.
Üz çevirib, yan baxsam
Tutulsun matəm, yasım!
~~~~~~~~~~~~~~~~~~~~
Bakı, 17.07.2012 - ci il
Ve aleyküm selam gardaş ay garapapağ ne var ne yox
eysenmi ay umudum
Şiirirn gözeldi gardaş
Üreğine sağlık
baküye salem axşamın xeyir