Yol tapasan
Yol tapasan
Nə qapasan, nə qarpasan, Nə çapasan, nə çarpasan, Nə yol çaşa, nə sarpasan, Ürəklərə yol tapasan. Nə atıla, nə atasan, Nə satıla, nə satasan, Nə batıra, nə batasan, Ürəklərə yol tapasan. Az ömürdən doymağ olmaz, Soydaşını soymağ olmaz, Ovqatını oymağ olmaz, Ürəklərə yol tapasan. Ey Hüseyn, Dünya dərya, insan avar, Düz danışan dillər qavar, Qəlbi sındırmağa nə var, Ürəklərə yol tapasan. ~~~~~~~~~~~~~~~~~~~ 14.07.2012-ci il |