Ümman səsim
Ümman səsim
Qibləm, qiraət eylərəm, Zikri ziyarət eylərəm, Sirnə sirayət eylərəm, Tilsimlənib, tilsim dünya. Nə nəsimdi, nə sim dünya, Kəsilibdi kəsim dünya. Çəri, çoru çox çəkmişəm, Bəsdir, yetər, bəsim dünya. Nə qaydadı, bu nə qanun, Hanı Leyli, hanı Məcnun, Aşıq Qərib, Valeh, Cünun, Diləfiruz, Məsim dünya? Mən bir nasaz, sızlayan sim, Var hövsələm, var həvəsim, Hüdud bilməz hicran səsim, Nəfisdi nəfəsim, dünya. Tələsməsən tələsmərəm, Təbim gəlsə bəd əsmərəm, Boynu bükük bir əsmərəm, Ərşə ümman səsim, dünya. ~~~~~~~~~~~~~~~~~~~~~ 02.07.2012 |