Gözlər məni
Gözlər məni
Tez alınnam acı sözdən, Od alanam oddan, közdən, Qayğılannam qaynar gözdən, Gözdən salsa gözlər məni. Göz çuxuru çağlar çeşmə, Onu oyat, oyma, eşmə. Damcılar incə, ilişmə, Süzülər, düzülər, deşmə. Günlər qaralı – ağlıdı, Ağlamaq hissə bağlıdı, Ağlar göz dərdli, dağlıdı, Yanaqlar yanarmış, təşnə. Sığınmışam dərgahına, Oba, oymağ, ogahına, Ahıllığın “eh”, “ah”ına Sınamasın sözlər məni. Çeşni əlvan, ən baxışlı, Min-bir rəngli, zər naxışlı, Çeşmək geyin, ay axışlı, Ala gözlər gözlər məni. Gözəlliyə göz eylərəm, Bir az dayan, döz eylərəm, Eşitməsən söz eylərəm, Ay Səngərli, üzər səni. ~~~~~~~~~~~~~~~~~~~ 16.06.2012 |
Od alanam oddan, közdən,
Qayğılannam qaynar gözdən,
Gözdən salsa gözlər məni.
Göz çuxuru çağlar çeşmə,
Onu oyat, oyma, eşmə.
Damcılar incə, ilişmə,
Süzülər, düzülər, deşmə.
Günlər qaralı – ağlıdı,
Ağlamaq hissə bağlıdı,
Ağlar göz dərdli, dağlıdı,
Yanaqlar yanarmış, təşnə.
Sığınmışam dərgahına,
Oba, oymağ, ogahına,
Ahıllığın “eh”, “ah”ına
Sınamasın sözlər məni.
Çeşni əlvan, ən baxışlı,
Min-bir rəngli, zər naxışlı,
Çeşmək geyin, ay axışlı,
Ala gözlər gözlər məni.
Gözəlliyə göz eylərəm,
Bir az dayan, döz eylərəm,
Eşitməsən söz eylərəm,
Ay Səngərli, üzər səni.
~~~~~~~~~~~~~~~~~~~
Şiirirni yüreğini kutlarım gardaş
Selamlar