Mərd məhv elə
Mərd məhv elə
Bir üzü boy, biri boyat, Yuxulusa, yatmış, oyat, Çək çaxmağı, topa qoy at, Bu nə dövran, bu nə həyat? Məfkurəmdə min cür məfhum, Mərəzinə çərəz bulmaz, Mübtəladı müdam mərhum, Heydən salıb belə heyhat! Nəşəliyəm, biraz mey ver, İstər kefli, istər key ver, Hicran yıxır, sıxır, hey ver, Ruhum olsun ram, həm rahat! Fələk dinlə, din, dərman ver, Fəryad üçün tez fərman ver, Ya as, as ol, ya aman ver, Ya əfv elə, ya məhv elə! Məxluq məşəqqətə məhkum, Əlindədi qılınc, höküm, Məcbur etmə açım, töküm, Səcdəgah ol, ya səhv elə! Namərd ilə işim yoxdu, Qana batmış dişim yoxdu, Yox demərəm, qorum çoxdu, Rəzil etmə, bir rəhm elə! Oturram, durram, hey annam, Tanrım, başına dolannam Yaman vermə, vallah yannam, Mən məhkumu mərd məhv elə! ~~~~~~~~~~~~~~~~~~~~~~ 16.06.2012 |