Heyifdi, verməsin heçə
Heyifdi, verməsin heçə
Deyə, gülə şirin-şirin, gül əllər Günah etsə eyib gələr, güləllər, Yaxşısına yaxşılıqlar diləllər, Dirlik bulağından içə gözəllər. Göyərçin baxışlı, ilmə, naxışlı, Lal su kimi kirmiş, ahlı, axışlı, Kipriyi kaman, ox, sürməli qaşlı, Birçə baxışıyla biçə gözəllər. Hər görən gözəli göz əllər, keçər, Yalmanın atanın yamanlar seçər, Lələ, lələ urcah olar ləc, ləçər, Ləzzətdə lətifmi beçə gözəllər? Biri sərvi boylu, biri bəstəboy, Biri xəyalpərvər, biri xəstə, boy, Biri xoş ovqatdı, biri ox, of, oy, Gözlərim önündən keçə gözəllər. Gəlin gələ, gərdək qura bir evə, Könül verə, həm sevilə, həm sevə, Eşqində saf, sadiq ola hey elə, Köçməmiş bəyini seçə gözəllər. Hüseyn də heyrandı dünya işinə, Vəfalı, vəfasız vurdun dişinə, Qayıtmaz gözəllik öz keçmişinə, Heyifdi, verməsin heçə gözəllər. ~~~~~~~~~~~~~~~~~~~~~~~~ 14.06.2012 |