Saçlara səpələnən qar
Saçlara səpələnən qar
Çəməndə çiçəyin, şehli ləçəyin Asılıb sırğalar, qulağındadır. İndi çeşmələrin çağlar çağıdır, Meylim mehli meşə, bulağındadır. Uçub xəyal quşum, hardadı huşum? Dumanlı dünyamla tutuşmaz tuşum, Ovqatım oxşayan, xoş edən xoşum Obası, oylağı, otlağındadır. Qanın qaynar vaxtı, qopartma yaram, Axşam-sabah ah çəkməkdən ah-zaram, Yazıq canım, yaylaqlara yaz varam, Dilim sonaların sorağındadır. Of desəm otların solar rəngi də, Cəhənnəmdi cəfası da, cəngi də, Can zindanda, zinhar zildə zəngi də, Dərmanı dəryazı, orağındadır. İnləyən insanda əhd - peyman, ilqar, İlahi, sınmazmı sınarsa vüqar? Səngərli, saçlara səpələnən qar, Sığalı dağların darağındadır. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 10.06.2012-ci il |