Yurd canlıyam
Yurd canlıyam
Quzeyləri quzqulaqlı, Quluncanlı, qulançarlı, Qurdayağı1, qurdbasanlı, Qurdalama, qurd qanlıyam. Borçalımın boz üzü var, Şirin, gülər, xoş üzü var, Aranı, dağı, düzü var, Sayılan, adlı - sanlıyam. Süfrəm bozbaş, bozartmalı, Qovurmalı, qızartmalı, Faxralım talvar - atmalı, Yurd - yuvalı, yurdcanlıyam. Bir bozqurdam bar, baratlı, Bostan, dirrik, bağ – bağatlı, Polad nallı, yorğa atlı El oğluyam, elcanlıyam. Al qumaşlı, başı şallı Xanımlar xınalı, xallı, Uzundərə, uzun Yallı, Toylu – düyünlü, şanlıyam. Palıdlım2 var, qart palıdlı, Ballıdərəm3 şirin ballı, Yaz yamyaşıl yamac, yallı, Nikbin niyyət nişanlıyam. Duman dağdan gələr, keçər, Quzuları mələr, keçər, Dərd sinəmi dələr, keçər, Keçmərəm, dəliqanlıyam. Boz buludlar bələr, keçər, Yağış narın ələr, keçər, Xəyalımdan nələr keçər, Heç bilmirəm nə canlıyam. Çeşmələrin saf gözündən Gözəl – göyçək güllər içər, Kərəntılər kəsər, biçər, Bizim ellər, bircanlıyam. Bulaqları qar, buzluyam, Meyli, məzəli, duzluyam, Axşam aylı, ulduzluyam, Hüseyinəm, Şahbuzluyam. ~~~~~~~~~~~~~~~~~~~~ 1. Qurdayağı – dərman bitki növü, 2. Palıdlı – Faxralıda yer adı, 3. Ballıdərə - Faxralıda yer adı. 01.06.2012 |
Quzeyləri quzqulaqlı,
Quluncanlı, qulançarlı,
Qurdayağı1, qurdbasanlı,
Qurdalama, qurd qanlıyam.
Borçalımın boz üzü var,
Şirin, gülər, xoş üzü var,
Aranı, dağı, düzü var,
Sayılan, adlı - sanlıyam.
Süfrəm bozbaş, bozartmalı,
Qovurmalı, qızartmalı,
Faxralım talvar - atmalı,
Yurd - yuvalı, yurdcanlıyam.
Bir bozqurdam bar, baratlı,
Dirrik, bostan bağ – bağatlı,
Polad nallı, yorğa atlı
El oğluyam, elcanlıyam.
Al qumaşlı, başı şallı
Xanımlar xınalı, xallı,
Uzundərə, uzun Yallı,
Toylu – düyünlü, şanlıyam.
Palıdlım2 var, qart palıdlı,
Ballıdərəm3 şirin ballı,
Yaz yamyaşıl yamac, yallı,
Nikbin niyyət nişanlıyam.
Duman dağdan gələr, keçər,
Quzuları mələr, keçər,
Dərd sinəmi dələr, keçər,
Keçmərəm, dəliqanlıyam.
Boz buludlar bələr, keçər,
Yağış narın ələr, keçər,
Xəyalımdan nələr keçər,
Heç bilmirəm nə canlıyam.
Çeşmələrin saf gözündən
Gözəl – göyçək güllər içər,
Kərəntılər kəsər, biçər,
Bizim ellər, bircanlıyam.
Bulaqları qar, buzluyam,
Meyli, məzəli, duzluyam,
Axşam aylı, ulduzluyam,
Hüseyinəm, Şahbuzluyam.
~~~~~~~~~~~~~~~~~~~~
1. Qurdayağı – dərman bitki növü,
2. Palıdlı – Faxralıda yer adı,
3. Ballıdərə - Faxralıda yer adı.
01.06.2012
huseyn huseynov (huseyn)
GARDAŞ MERHABA GÖZELDİ ŞİİRİN SEVEREK OKUDUM
SALAMLAR