Onda köməy etməz
Onda köməy etməz
Su meymunun boğazına çatanda Balasıdı boğulan da, batan da. Babam, millət bayılanda, yatanda Köməy etməz göydən ensə atan da. İnsan olan qatır kimi qatanda, Soy soyunu, soydaşını satanda, Xatırlanar xar olmuşlar, xatan da, Su meymunun boğazına çatanda. İndi xoddadı, moddadı Seriyalı seriallar, İntibahda “İmperiallar”, İşləmir də köhnə vallar. Şərəfsizlər şəhvətin, Şöhrətbazlar şöhrətin, Hörmətsizlər hörmətin Düşkünüdü, a dünya. Məddahların meydanıdı, Mükəddərdi mərd, mətin, Çarə bulmaq çox çətin, Özün bilmirsən guya. Gözləri gömgöy badam, Bambılıdı, ay babam. İridöşlü, başıboş, Lotu - potu, lovğa, loş. Arsız ağızdan cırım, Üz - gözü şırım - şırım. Nazənin nazlı, naxoş, Ağzı altılıq qaloş. Özü narın toz kimi, Rəngi - ruhu boz kimi, Silkələnir qoz kimi, Xoruzlanır xoz kimi. Məsləksizlər məkanı Şou - biznes dükanı. Düdüklər dövran sürür, Sürtüklərdə sükanı. Laqqıltı, latayırlar, Sahibkarlar sayırlar. Soysuzların sortunun, Tamı da yox tortunun. Səhnəyə xoru çıxıb, Çımxırıb, zoru çıxıb, Süzülüb, şoru çıxıb Şorgözlərlə, şortunun. Avropa, Qərb meyilli, Çox tolerant olmuşuq, Boşalmışıq, dolmuşuq, Açmamışdan solmuşuq. Əziz xalqım, millətim, Mədəniyyət budurmu? Əxlaqı əngiboşlar Əxz eləyir, udurmu? Deyirəm ki, ay qağa, Ekranda yer yox lağa, Seriala qadağa, Canımıza sadağa. ~~~~~~~~~~~~~~~~~~ 15.05.2012 |
Gardaş merhaba gözeldi şiirin üreğini kutluyuram
Axşamın xeyir
salamlar