Ağlama gözəl, ağlama
Ağlama gözəl, ağlama
Bu dünya çox vəfasızdı, Arsız – pirsiz, həyasızdı. Beləsinə bel bağlama, Ağlama gözəl, ağlama. Çoxlarını ağladıbdı, Dara çəkib, dağladıbdı, Baxsan, baxtlar bağladıbdı, Ağlama gözəl, ağlama. Gələnləri aldadıbdı, Gedənlərə bal dadıbdı, Anaları ağladıbdı, Ağlama gözəl, ağlama. Sən ağlasan yer ağlayar, Göy ağlayar, göl ağlayar, Çəmən, çiçək, gül ağlayar, Ağlama gözəl, ağlama. Narın - narın, naz atardı, Damcılar qatar - qatardı, Bəbəkdə xumar yatardı, Ağlama gözəl, ağlama. Sənin yaşın gilə - gilə, Ağladırsan gülə - gülə, Bu halımı bilə - bilə, Ağlama gözəl, ağlama. Göz yaşların ovucunda, Od içində ovucun da, Səngərlini ov ovcunda, Ağlama gözəl, ağlama. 25.03.2012-ci il |
Üstad seni tebrik eliyirem,çox yaxşı yazıpsan salam olsun sana ve baküye