GƏRƏK(divani)
İnsan olan uzaq dura şeytan şərindən gərək,
Həqiqəti dərk eyləyib bilə dərindən gərək. Kənar olmaz əyri işin neçə dərdi-bəlası, Haq yolunda qaim olub keçə sərindən gərək. Hər yerindən duranların sözü olmaz inci-ləl, Naşıların söhbətinə könül verib uyma gəl, Ürfan əhli olanlardan ağlı olan üzməz əl, Aqil olan halı ola Haqqın sirindən gərək. Bu dünyanın neçə cürə fitnəsi var, fəndi var, İnsan üçün torun qurmuş, min bir ilmə-bəndi var, Hər tərəfdə "gəl-gəl" deyən o iblisin gəndi var, Olanları görüb dərsin ala birindən gərək. Məxluqatın yaradanı bir ustadı, tayı yox, Rəhmətinə şübhəmi var, mərhəməti-kanı çox, Nur çeşməsi istəyən kəs ala dərgahdan sorax, Ürəyinə ziya sala Haqqın nurundan gərək. Əflatunam sözlərimi dedim arif olana, Anlayanlar eşq oduna bir qalana, bir yana, Həqiqətdən dərsin alıb, mərifətdən söz qana, Halallıqla bağ becərib, dərə barından gərək. |