2
Yorum
0
Beğeni
5,0
Puan
1346
Okunma
Doğanda aslan doğasan
Min cür sifət, sürtüy üz var,
Əyri yüzsə, vahid düz var.
Anam, çaqqallar çoxalıb,
Doğanda aslan doğasan.
Millət, gedib abır, arın,
Dərd – azarın xırda, narın,
Məmur harın, yekə qarın,
Doğanda aslan doğasan.
Binamusdan doğulan bic,
Gədədən də doğulan gic,
Mərdə məxsusdu mərd imic,
Doğanda aslan doğasan.
~~~~~~~~~~~~~~~~~~~~~
27.03.2012-ci il
5.0
100% (1)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.