KITABLAR
Heç bir xəzinələr tay ola bilməz,
Ən geniş dövlətdi, vardı kitablar. Nə qədər sirləri bəyan eyləyər, İlahidən gələn nurdu kitablar. Hər sətirdə neçə gizli məna var, İnsana mehriban bir yoldaş olar, Nəsillərə keçər, tarixdə qalar, Solmayan sevgidi, yardı kitablar. Hər elmin mənbəyi, kökü ondadı, İnci kəlmələri ruhda, candadı, İnsan zəkasının xoş tamı, dadı, Ağıl bostanında bardı kitablar. Əflatuna rəhbər olub sözündə, Daim gəzər yaxşı kitab izində. Hikmətiylə insanların gözündə Həmişə ucada durdu kitablar. |