Kaş yaradaydı
Kaş yaradaydı
Yaratdığın yar olsun, Məhəbbət meyar olsun, Xar olan əğyar olsun, O bəm desin, mən zildən. Fərqli gələr il ildən, Seçilər zillət zildən, Nə Muğandan, nə Mildən, Bir at yolu mənzildən. Cahıl çağı tel siyah, Ahıl çağı dümağ, ah, Alllah, bizik suç, günah, Yaratdın palçıq, lildən. Dünyanın səxavəti, Sevinci, sədaqəti, Salamı da saxtadı, Saxsı qab - qaşıq gildən. Yaş da baxta - baxtadı, Qırılar, sınar birdən. Axı qan qidalanmır Arazdan, Kürdən, Nildən. Qədd əyilir, bel büküm, Şəkərmi şələm, yüküm? Səngərli, biz – biz tüküm, Yaradaydı kaş fildən. ~~~~~~~~~~~~~~~~~~~ 08.03.2012-ci il |