ELLİYƏM TÜRKOĞLUYAM
Yolların daş kəsəyi,soyuq,sazaq, ayazı var
Kədərə təşnə könül dərddən qaçar dərd arayar Kimsəyə yox iradım qəlb evimə gəlməz deyə Amalım İnsanlığa Asena tək Qurd arayar Ləpirin tutub gedən, Nicat yolun tapmadımı?! İstəməz düzən yolu dağlığında sərt arayar Göyə,göytürklüyümə gedən yolum Haqq Yoludur Bu Yolun şərəf yükü çəkilməyə sırt arayar Hardadır Gürşad ilə saray basan o qırx oğul Oylağı Çənlibelli Koroğlu tək mərd arayar Namına İnsanlığın soyuldular Nəsimilər Olsa Babək misali göylərə həsrət arayar Elliyəm ,Türkoğluyam haqqaxtaran Haqqıxlıyam Sorduğm hər dam ,daşı Sayufsul Məmməd arayar |