DAĞLAR
Dağlarda ,erməni ilə sınır bölgəsində Gədəbəydə-(-gədik bəylərı) yaşayan bir arkadaşımdan---Qoruyurddan dağların halını sordum.
Dedi:---necə olacaq ?düşmən tapdağında......... Dağların halını sordum qardaşdan Dağlar yerindədir ,halı pərişan Yağı tapdağında ,dostdan nigaran Dağlar yerindədir, halı pərişan Əzəmət ,Vüqarın düşmən alammaz Əsir yaylaqlarım zindanda qalmaz Lalə ,nərgizləri çiçəklər açmaz Dağlar yerindədir, halı pərişan O yalçın qayalar Məğrur dayanar Yağıya bac verir ,ondan utanar Oylaqlar neyləsin,bizik günahkar Dağlar yerindədir ,halı pərişan Çağlayan bulaqlar gözünün yaşı Qəm,Kədər həmdəmi Ömür yoldaşı Əyilməz,Yenilməz Göylər qardaşı Dağlar yerindədir, halı pərişan Dağlara söylə ki,ürəymiz dağlı Həsrət bağçamızda gül intizarlı Hər qarlı zimistan sonda baharlı Dağlar yerindədir, halı pərişan Dağların özünü düşmən alsa da Çatammaz Vüqarna yüz il qalsa da Babək tək Azaddır əsir olsa da Əzəmət Qürurlu, halı pərişan Türkumun dağı da yağı yuvası Ağriyir Şəmkirdən Ağrı yarası Ağrı da Murğuz da gözüm qarası Ürəymin parası, halı pərişan zimistan---qış deməkdir |