Səsimə səs verin ,Turan ellərim
Macardan uyğura ,çuvaş saxaya
Səsimə səs verin ,Turan ellərim Atilla ,Babəkdən,Gürşad ,Kağana Səsimə səs verin ,Turan ellərim Qazağım,özbəyim,qırğız,tatarım Qaqauz,başqırdım,tabasaranım, Kumık ,noqay,kərkük –təkə türkmanım Səsimə səs verin ,Turan ellərim Irəvan,Borçalı,Dərbənddir dağım Dərələzim ,Göycəm ,Təbrizim ,Ağrım Həmədan ,Urmudan “Urfa” bağırım Səsimə səs verin,Turan ellərim Hatay,Trabzondan baxam Mərəndə Bir salam söyləyəm Vana dönəndə İstanbul ,İzmirdən Qarsa ərəndə Səsimə səs verin ,Turan ellərim Qazağım ,Astaram,Gəncə,Yevlağım Zaqatala,Quba,Şəki oylağım Qarabağ ,Kəlbəcər,Şuşa yaylağım Səsimə səs verin ,Turan ellərim Ankaradan duram ,Krıma baxam Orxon –Yeniseydən tarixə axam Bakı ,Ufa,Kazan,Culfa ,Naxçıvan Səsimə səs verin ,Turan ellərim Saraktaş ,Sakmara ,Yaik ,Uralım Kurqan ,Buquruslan ,Kuşkula varım Kumer taularım,can Çeboksarım Səsimə səs verin ,Turan ellərim Şəmsi Təbriziyəm ,Əmrə ,Nəsimi Şumer tariximdir,ruhum Nəimi Atatürkdən soram Məmməd Əmini Səsimə səs verin ,Turan ellərim Zərdüştdən İnsanlıq Xeyir davası Dədəm Qorqudumdan qopuz havası Ağsaqqal öyüdü,xeyir duası Səsimə səs verin ,Turan ellərim Təbrizdə aşıqdır,Türkdə ozandır Noqayda dombra ,Göy Oğuzdandır Səlcuqdan Fatehə xandır ,kağandır Səsimə səs verin ,Turan ellərim Muğamım Mütləqdə Haqqın səsidir Insanı var edən ruh nəfəsidir Şərqin ruhundakı dörd kəlməsidir Səsimə səs verin ,Turan ellərim Ege ,Xəzər ,İtil ,Bejbulak,Ural Sibir,Altay,Amur,Sırdərya,Aral Kuban,Terek,Fərat,Araz ,Poylu yal Səsimə səs verin ,Turan ellərim Əzəli ,əbədi Mütləq İnamlı İnamı xeyirə ,..İnsan məallı Türk oğlu türk ruhlu özü olmalı!!! Səsimə səs verin ,Turan ellərim Elli Atayurd |
Usta kalemi engin yüreği kutluyorum,
İlhamın bol kalemin daim olsun
__________________________________________Selamlar saygılar>;Hayırlı Bayramlar Üstat