Oğluma nəsihət
Oğluma nəsihət
Naşı yaxın görər uzağı görməz Müdrikin sözünü unutma ,oğlum Bu günü yaşayan sabahı bilməz Bu günə özünü tanıtma, oğlum Sabahı hədəf tut ,bu gün bitəcək Sabahda bir sabah sona yetəcək Ölümlü...ölümdə ölüb itəcək Haytalı şöhrətə can atma ,oğlum Dünyanın əyrisin ,düzünü gördüm Yalan ,yaltağının üzünü gördüm Satqının ,alçağın yüzünü gördüm Doğrunu Yalana alçaltma ,oğlum Ədaləti yaşat ,həmşə ol adil Haqqı uca saxla ,Haqq ilə ol dil Tarixini öyrən kimliyini bil Keçmişin sənindir ,yan atma,oğlum Özünlə döyüşüb,özünü yarat Özündən azad ol öz Özünə çat Şəri Xeyir ilə...diz çökdür,ağlat Adamlar gölündə gəl batma,oğlum İşində, evində .hər addımında Dost aşna arası,...yadlar yanında Heç zaman unutma ,saxla yadında Halalla haramı bax qatma ,oğlum Əzəlıdən yapış,Ötəri olma Əbədi –Daimi,...Keçəri qalma Sonsuza yetiş ki ,bir daha solma Kamili Çahillə bir tutma,oğlum Boğulur adamlar Həyat gölündə Sərgərdan dolaşır səhra .çölündə İnsanlıq yaşadırAmal özündə Amalın yolunda gəl yatma,oğlum İnamın İnsana –Ölüm öldürən Ehtiram ,izzətin könül güldürən Ağılın İdrakın düz Yol göstərən İradəni Ruhdan yan tutma ,oğlum Hamımız dünyadan şikayətdəyik Bundan artıq olmaz- cəhalətdəyik Uçruma gedirik ,fəlakətdəyik İnsanlıq yox imiş-arıtma ,oğlum Dünya sənə düşman ,Mənası dostun İnsanlığa qovuş ,dünya Nur olsun Haqq ilə Ədalət Göyə ucalsın Haytalı cahillik ucaltma ,oğlum Dünyaya sığmayır İnsanın özü Göylər azadlığın ürəyi ,gözü Ruhudur mütləqin alovu ,közü Başqa yol yoxdur ki,uzatma,oğlum Qərbin ruhsuzluğu əsarətiylə Şərqin xurafatı fəlakətiylə Hər iksi tüğyanda həşəmətiylə Bunları başına--tac tutma ,oğlum Ürək odlanarsa ,göz yaşsız olmaz Hər bir qışın sonu baharsız olmaz Pak sevgi saf sevda nubarsız olmaz İstəyi sevgiylə bir tutma ,oğlum Elə sev sevdana heyran olasan Hicran tonqalında alovlanasan Eşqin göylərində məskən salasan Məkrli sevgiyə üz tutma ,oğlum Məcnunun sevgisi nalə səsində İntizar tonqalı var sinəsində Eşqin ulviliyi yar həsrətində Nofəli Məcnuna tay tutma ,oğlum Unutma Ellidən iki sətiri.. Vətən ,Bayraq,Millət dilmiz əzbəri TURAN-Türk birliyi Türkün zəfəri Unutma Turanı,unutma ,oğlum |
Yüreğine sağlık
Kalemin daim olsun
_________________________________________________Saygılar selamlar