2
Yorum
1
Beğeni
5,0
Puan
6301
Okunma

ürəyinizdə günəş olsun ...buradakı yer adları hamısı bizim kəndə(köyə) aid olan yer adlarıdır. bizim Haqqıxlı kəndinin tarıxi 1815--1820 illərə gedib çıxır....bir haqsızlıq səbəbindən mənim ulu babam(dədəm) bizim kəndin əsasını qoymuş və ətrafına haqq axtaran adamlar toplanmış.... onlara Haqqıxlılar demişlər (haqq axtaranlar).indi bu gündə ona qarşı bəzən haqsızlıqlar olur. bu səbəbdən bu şeri yazdım...
Ay ellər, obalar ,varmı sizlərdə?
Kəkilli,Pırğalam,Göyəmlik,Xudum?
Div yurd,Çatmaxanlı,Noylu bulaqlı
Qırmızı,Sarbulaq,Tesqaraf--- yurdum
Həsrətlə özlədim ,mən o yerləri
Dərəyurd ,Fındıqlı --babam elləri
Sərin meh Gav üstdə oxşar telləri
Əmrahın Xalxalı ,Bulağı ---yurdum
Ortalıq qılıcdan Dəlı dağa dək
Dəhnə ,Dəyirmandan Poylu yala çək
Sirli Qız qalası ,Danarğan ,Küçək
Ələkbər zağası ,Karvangah-- yurdum
O tay Gülsənəmin buz tək suyundan
Məntəş qalasından,Gəlin uçandan
Torqullan ,Anbardan, Keçəl uçandan
Ormanlar,qayalar ,bulaqlar-- yurdum
Bağköşəndə bağı,Fındıqlı damı
Dəlıdağ yaylağı, Şinkarı,Şamı
Dikdaş ,Qalın bulaq,oldum heyranı
Arxacı,Bulağı, Pırğalam --yurdum
Donbadaş, Cələsi, Güney pəyəsi
Bozbulaq, Göy dərvənt, Kərəm cələsi
Sayufsul soraqlı,Kənd bünövrəsi
Haqqı axtarandır, HAQQIXLI-- yurdum
Məmməddir el salıb ağsaqqal olan
Qohum ,qardaşların, kəndə toplayan
Sarı Usuf oğlu Məmməddir qoyan
Kəndin təməl daşı,,pərdisi ---yurdum
5.0
100% (2)