kefli isgəndərəmYoxdur anlayanım özümdən qeyri Kefli İsgəndərəm,zaman fərqlidir Oldum dəlıyə tay dövrandır qeyri Kefli İsgəndərəm ,zaman fərqlidir Xof ,qorxu dumanı dünyanı sarmış Elmi ,fəlsəfəsi samki olmamış Xurafat çələngi hələ solmamış Kefli İsgəndərəm ,zaman fərqlidir Elə bil olmamış ,Sabirlə ,Cəlıl Elm yalan olmuş,sübuta dəlıl Şeyxlər ayaq açır Kamyablar gəlır Kefli İsgəndərəm ,zaman fərqlidir Möcüzə göstərib ölü diriltmiş İndi də "ağaclar rükuya getmiş" Meyvənin üstünə yazı gətirmiş Kefli İsgəndərəm ,zaman fərqlidir Parisi partladan Məstəlı şahlar Göydən atla gəlır Şeyx Nəsrullahlar Həyatda Məşdi İbad ,Xudayar da var Kefli İsgəndərəm ,zaman fərqlidir Günəş tutulması sinc ,dəmir səsi Buludda ərəbcə "ALLAH" kəlməsi Qışda Gəncədəki tutun meyvəsi Kefli İsgəndərəm ,zaman fərqlidir İran sakinləri Mehdi gözləyir İmamla naharın Şah da söyləyir Quyudan çıxacaq nicat gözləyir Kefli İsgəndərəm ,zaman fərqlidir Azərbaycan kormuş görmür İranı Dilni, millətini kökdən vuranı Qaçırıq dovşan tək sevib varanı Kefli İsgəndərəm ,zaman fərqlidir kefli İsgəndər, Şeyx Nəsrullah,----əsərdə camaatın avamlığından istifadə edib onları dolayan fırıldaqçı ---Mirzə Cəlilin Ölülər əsəndə surət Məstəli şah --M F Axundovun əsərində surət, Şah dedikdə indiki İran prezidenti nəzərdə tutulur qışda Gəncədə tut ağacı meyvə gətirmişdi----elmdən anlayan bunun möcüzə olmayıb məqsədyönlü şəkildə istiliklə buna nail olduqlarını görər istənilən ağacı rüku formasına salmaq üçün yəqin ki,4-5 il kifayət edər... alma .və fındıq Üzərində buludlarda ALLAH kəlməsi yazılır.--budurmu İNAM? xurafatdır bu. din deyil........ |