çiçəkdə çiçəyi
Çiçəkdə çiçəyi ,dağda dagları
Ormanda ormanı ,bağda bağları Sıldırım qayanı ,tək ağacları Gözəllik ,Əzəmət, nələr bağlayır Bağda bar-bəhərdir,qaya yenilməz Tək ağac tənhalıq ,amma əyilməz Ormanda pıçıltı, pünhan bilinməz Ana təbiəti nələr bağlayır!? Dağların dumanı namus örpəyi Qar,yağış,ruzgarı kədər görməyi Qəmdən yüksəlışı,Vüqar örnəyi İradə,Dözümü Məğrur saxlayır Dənizin söhbəti---ümman nəğməsi Çayların mahnısı---Layla deməsi Çəmənin xalçası---yazın gəlməsi Təbiət köksündə nələr saxlayır Yarımçıq olanlar tamam Yalandır Əyilməz,Yenilməz Bütöv qalandır Vüqar,Əzəmətim Mütləq olandır Əbədi ,Kamili Əzəl saxlayır |
Gönülden Kutlarim Elli sair'im ...
Muhteşem dizelerdi tam anliyamadim Qafqas mı .?. Çözemedim ...
Ama kafiyelerin düzelere aktarınız muhteşem ...
Tebrik ediyorum .... Sevgilerimle ... JANET ...