HƏSRƏT
HƏSRƏT
Qayalar Məğrurdur,dağlar Vüqarlı orman pıcıltılı,çəmən Qayğılı Dəniz Əzəmətli,səhra Yanğılı Əzəmət,Vüqara qalmışam həsrət Tək palıd ağacı təpə üstündə Ayrılıq şarkısın söylər özündə Dərd Kədər yüksələr hər bir sözündə Qəmli kölgəsinə olmuşam həsrət Dədəm Qorquddandır dağların qarı Hürmüzd odundandır Novruz tonqalı Göydə buluddandır bərəkət barı İldırım nərəsinə olmuşam həsrət Çəmənlər ağlayır,orman özləyir Səhralar tək qalıb sahib gözləyir Dumanlar çiskinlər sirlər söyləyir Hicran göz yaşlarna qalmışam həsrət Qaya məgrurluğunu içində çəkən Əzəmət ,Vüqarın Çiynində çəkən Devlətlər yaradıb saraylar tikən Alpərən Türklərə qalmışam həsrət Arazı qurudam,Təbrizə qaçam Əsir qardaşımla həp qucaqlaşam Eşqimi,Kədərmi sazla paylaşam Urmiya ,Təbrizə olmuşam həsrət Saflığın paklığın aynası bulaq Vətən Çəməninin gülləri olaq Çay kimi çağlayıb dəniz tək dolaq Dəlı fırtınaya qalmışam həsrət Sıldırım qayalar alınmaz ordu Günəşin şəfəqi üzümdə soldu İnsanlıq dünyama Qaranlıq yoldu Şəfəqə Şöləyə olmuşam həsrət Midyam dağıdıldı,Şumer yox oldu Çaldıran davası ürəymə qordu Babəkin kəsilən qolları dondu Məyusluq halımla ağuşa həsrət Təsəllim Türkiyəm,Azərbaycanım Qirğızım,Qazağım,Türkmənistanım, Bağımsız Tatarım,Özbəkistanım Uyğura ,Kərkükə qalmışam həsrət Mütləq bir varlığam içimdə İnsan Amaldır Bəşərə Nur İşıq saçan Adamlar içindən İnsanlar seçən Ata Evladına qalmışam həsrət |
gönülden kutluyorum,
Selâmlar, saygılar..