0
Yorum
0
Beğeni
5,0
Puan
895
Okunma

Dünya türksüz dünya deyil
Bəşəryətə Turan gərək
Dədə Qorqud Ağsaqqalı
Babək kimi vuran gərək
Ekonomi Qərbdən deyir
Türk dünyasın içdən yeyir
Alparslanım öznü yetir
Döyüşməyə Ərən gərək
Turan çökdü nə səbəbdən
Aradılar,cəhalətdən
Deyəmmədik rəzalətdən
Türk İnamna İman gərək
Ağsaqqlım İman Yolum
Zərdüşt olum,Qorqud olum
Babəkliyim qoymaz solum
Qəlb odama həyan gərək
Kənan deyər peyğəmbərdir
Hökmdarı göylərdəndir
Dədəm qorqud kimlərdəndir?
İman yolu sayan gərək
Göylərindən uzaqlaşdın
Özün ikən sən yadlaşdın
Yad inancla qucaqlaşdın
O zulmətdən çıxman gərək
Nəsiminin ilahisi
Füzulinin eşq pərisi
Emre içindən gələsi
Bəşəryətə insan gərək
Türk qardaşım özünə bax
Qərbcilikdən olaq uzaq
Türkmən,özbək,qırğiz,qazax
Bir araya yığan gərək
Tək nicatın Amal Yolu
Tam Ədalət Fərəh dolu
İnsanlıqdır sağı solu
Həqiqəti bilən gərək
Arayıram duman çəndə
Ox atıram yayı məndə
Arif olub hər sözümdə
Kaman oxu tapan gərək
5.0
100% (1)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.