insan olmaq istərəm
Dünyanın çırpınan ümmanında mən
Bir tənha gəmiyəm,üzmək istərəm Kiçicik dünyama Adam gölündən Yığıb inciləri düzmək istərəm Günün günortası əlıçıraqlı Bir gözəl gəzirəm sirli,soraqlı Qəlbını görmürəm üstü boyaqlı Qəlbının boyasın pozmaq istərəm Tapmadım Yerlərdə haqq qəfəsdədir Görmürəm gözümlə könlüm səsdədir Qəm Kədər ağlayan Ülvi bəstədir Dərd Karvanı olub azmaq istərəm Hər yanı axtardım tapa bilmədim Kədər göz yaşlarım axdı silmədim Sevdamçün savaşdım başım əymədim Ürəymin ağrısın yazmaq istərəm Sərgərdan gəzirəm sarvanım yoxdur O dilbər sinəmə sancılan oxdur Eşqim bulaq kimi Məcnundan çoxdur Dağlarda, daşlarda qazmaq istərəm Şirin şərbətimi acıyla qatdım Dərdimi artırdım o Nura çatdım Özgədə aradım özümdə tapdım Dünyanı qartaltək süzmək istərəm İşıq özümdəymiş sevgi gözümdə İnsanlıq içimdə,kormuş gözum də İnana bilmirəm Amal özümdə Ona gedən yolda dözmək istərəm |