fərəhim
FƏRƏHİM
Azərbaycan Ata Yurdum Amal bağım Zərdüşt Ruhu, Hürmüzd Odu dayağım Əhrimənlə savaş quran Nur qaynağım Bəşər,Dünya,Vətən üçün Fərəhim Fəlakəti Sədaqətlə İşıqlatdın Həqarəti Ləyaqətlə uzaq etdin Ədaləti Səxavətlə qucaqlatdın İnsanlıq,Cəsarət,Saflıq Fərəhim Babək İşıq yakdı Şirvin adlanan Atəşdə Yüksələn,közündə yanan Əl haramdan qaçdı,Dodaq yalandan Eşq , Sevgi -- Ruhuma dolan Fərəhim ============================= ----------------------------------------------- Əyilmədi Şirviniylə xilafətə Azad İnsan əyilərmi rəzalətə Alovuyla qovuşmuşdu Həqiqətə Babək dönməzliyi Eşqim ,Fərəhim Dədəm Qorqud Söz deyənim,ad qoyanım Ənəlhəqçün diri-diri soyulanım Eşqin Göylərində Gün tək yananım Füzulim,Nəsimim,Tanrı Fərəhim Muğamımda Kədərimlə yüksəlişim Saz səsində qədimləşim,Ğöytürkləşim Dünya deyir:Türklüyümlə gözəlləşim Ölən Bəşər diriləcək,Fərəhim |
Muğamımda Kədərimlə yüksəlişim
Saz səsində qədimləşim,Ğöytürkləşim
Dünya deyir:Türklüyümlə gözəlləşim
Ölən Bəşər diriləcək,Fərəhim
Yüreğine sağlık dost şair.