Mirzə Cəlil
Mirzə Cəlil
(Dahi yazıçı-dramaturq Mirzə Cəlil Məmmədquluzadəyə xitabən) Ölməlilər yaşayırlar, Yaşamalılar ölürlər. Dirilmədi ölülərin, Bu nə işdi, Mirzə Cəlil? “Hacı” qardaş, “həci” bacı Cin – şeytanla cici – bacı. Aclıqdanmı, acıqdanmı, Dili acı, Mirzə Cəlil? Anlamayır aclar acı, Yoxsul neylər taxtı - tacı, Həqiqətin dili acı, Vallah - billah, Mirzə Cəlil. Bu həqiqət, bu fakt, dəlil, Əlli faiz millət əlil, Miskin durum, millət zəlil, Bu nə işdi, Mirzə Cəlil? Vəhşətdi bu, vələdizna Deyir göydən vəhy gəlir, Qurd tək fikir beynim dəlir, Dəhşətdi bu, Mirzə Cəlil. Falçılarda bu nə hissdi, Hipnoz hiylə, hikkə, hirsdi, Hər nə isə, hisdi – pisdi, Bizimkidi, Mirzə Cəlil. Cəhalətdi, cadugərlər Cana yığıb yazıqları. Əyrim - üyrüm cızdıqları Cığır, yolmu, Mirzə Cəlil? Şübhəm yoxdu tək Allaha, İnsan nökər, qul Allaha, Rəhm eləmir Rəmallaha, Sionistlər, Mirzə Cəlil. Bu ağ, qara magiyalar, İzləyir qarabaqara, Dünya qalıb qazılara, Mollalara, Mirzə Cəlil. Qarabağa, Qaradağa, Təsəlli ver bir Təbrizə, Al qələmi, yaz ərizə, Ərşə göndər, Mirzə Cəlil. Fərasət varsa bunlarda Bağlasın ağzın, qurdun da, Fağır yaşasın yurdunda, Yuvasında, Mirzə Cəlil. Qurban olum peyğəmbərə, Pirə, imama, Qurana. Adam bilmir şeytan, şeyxə, Yoxsa bunlara inana. Zamanında düz dedin sən, Ələ, ərit, süz dedin sən, Döndün-döndün yüz dedin sən, Sənlik nə var, Mirzə Cəlil. Nə Seyid var, nə də Sabir, Allah bizə versin səbir, Cəhalətdi cəfa, cəbir, Cəhənnəm nə, Mirzə Cəlil. Dünya kef, kefli İskəndər, Allah, millətin başına Ya ağıl qoy, ya daş əndər. Nə deyirsən, Mirzə Cəlil? Bir dua yaz incitməsin İlan iti, şikəst şiti Əməl – fəməl, cadu – piti, Pir olasan, Mirzə Cəlil. ~~~~~~~~~~~~~~~~~~~ 15.01.2012-ci il |