Daşa yazılıbdı
Daşa yazılıbdı
Görəcəksən bir gün sən də Bir ailə başçısısan, Böyüyüsən, siyahıda Adın başa yazılıbdı. Bilməzsən, xəlvət, xəbərsiz Alar əldən gəncliyini, Pozar rahat, dincliyini, Baxt da qaşa yazılıbdı. Dönsən daşa, bütə, büstə, Ot da bitər qəbrin üstə, Çiçəkləyər badam, püstə, Yazı yaşa yazılıbdı. İstər mərd ol, istər məzlum, Kim - kimsəyə vermə zulum, Tale, taxt - tac, tanrı qulum, Kağız, kaşa yazılıbdı. Sən zəhər ye kişi, mərdlə, Şəkər yemə şər, namərdlə, Dədə sevinc qədər, qəmlə, Dərdlə qoşa yazılıbdı. Ay Səngərli, yorma qolun, Cızılıbdı ömür yolun, Görər adın sağın - solun Solğun daşa yazılıbdı. ~~~~~~~~~~~~~~~~~~~~ 11.01.2012-ci il |