Dərən vaxtındı
Dərən vaxtındı
Keçdi yaz ömrünün o pərən vaxtı, İndi qış ömrünün oğlan çağıdı. Baharda saldığın bağça, bağların, Balalar barını dərən vaxtındı. Baxırsan səmaya, dərindən dərin, Gah atəş saçar o, gah da ki, sərin, Üzünü ağardan xeyirin, şərin Şəksiz ki, süfrəsin sərən vaxtındı. Səcdəgah, qibləgah, ocağı, piri, Öyüngən, deyingən, ölünü, diri, Hərcayi, hərisi, həm pisi, hisi, Yaxşını, yamanı görən vaxtındı. Töhmətdən nə çıxar, hörmətdən yapış, Baxmasın dalınca bəd nəzər, baxış, Sənə lazımdımı qan, qaxınc, qarğış, Qardaşlıq qalasın hörən vaxtındı. Göydə Ay doğanda, Gün yaxar gedər, Axşamın ulduzu dan axar, gedər, Şimşəklər şəst ilə şər çaxar, gedər, Səngərli, sinəni gərən vaxtındı. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 27.12.2011-ci il |