Biri sazdı, biri zurna
Biri sazdı, biri zurna
Sözüm var, Allah eşqinə Bir dayanın, durun durna. Duran qanımı qaynadan, Biri sazdı, biri zurna. Qışqıranda qarğı, qazdı, Yandıranda yaydı, yazdı, İncə belli, xoş avazdı Biri sazdı, biri zurna. Dəyər verən dədə, azdı, Dananlar ağlı dayazdı, Boran, tufan, qış, ayazdı, Biri sazdı, biri zurna. Bunları duymayan nədən Gön, dəridi, gövdə, gödən? Sinəmi gözəl göynədən Biri sazdı, biri zurna. Ay Səngərli, qədrin bilməz Ruhu naxoş, naşı, nadan, Ovqatım oyan, oynadan, Biri sazdı, biri zurna. ~~~~~~~~~~~~~~~~~~ |