Udmusan, ud da
Udmusan, ud da
Şərəfli, şərəfsiz, şərxata, şıltaq, Yaramaz, yalançı, yaxud da yaltaq, Qoca da, cavan da, ya qoçu, qorxaq Əcəl şərbətini içib, gedəcək. Soylu da, soysuz da, soyuq, sonsuz da, Al-qumaş geyinmiş, donlu, donsuz da, Cah - cəlal içində canlı, cansız da, Onsuz da, bunsuz da köçüb gedəcək Çiyinlər üstündə taxta tabutda, Uzanar içində qurd da, manqurt da, Aralı, ya yaxın, ya adda – budda, Yan-yana yatacaq yantar, yaqut da. Səyahət, səfərdə, yolçular yolda, Qopmuş bilək, barmaq, qılça da, qol da, Boyun da, boğaz da, baldır da, bud da, Hərəsi bir yanda, yananlar gördüm. Quduz da ulayar, qurd da ulayar, Yuva da ulayar, yurd da ulayar, Boş qalan qapıda bayquş ulayar, Ah-nalə çəkməzmi kaman da, ud da? Kül-kömür içində cəmdək, cəsədlər, Hərzələr, hərislər, həssas, həsədlər, Fənalar, fəğanlar, fəryad, fəsadlar, Ay fələk fərəhlən, udmusan, ud da. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ Hüseyn Faxralı 05.12.2011-ci il |