Dünyanın da yaddaşı var
Dünyanın da yaddaşı var
Bu dünyanın qara daşı, ağ daşı var, Bu dünyanın ötən çağı, çağdaşı var. Bu dünyanın parçalanmış para-para, Bu dünyanın sarı, sayrı, sağ daşı var. Bu dünyanın canlı tarix, salnaməsi, Bu dünyanın salam almaz, sal daşı var. Bu dünyanın canlı, cansız, salnaməçi, Bu dünyanın qanlı, qansız, qar daşı var. Bu dünyanın pozulmuş, həm pozulmamış, Bu dünyanın tilsim altda yozulmamış, Daşlara da həkk olunmuş yaddaşı var. Bu dünyanın yurddan çıxdaş yurddaşı var. Bu tarixi olduğu tək yazan gərək, Yazılanı olduğu tək yozan gərək, Gərəksizi misra-misra, sətir-sətir Pozan kimi yaddaşlardan pozan gərək. Həqiqəti oba-oba, oymağ-oymağ Car etməyə əlində saz, Əldə qopuz oğuz oğlu Dədəm Qorqud – ozan gərək! Nə torpağam, nə daşam, Nə ləl, gövhər, daş-qaşam, Nə aşağı, nə başam, Mən də bir vətəndaşam. Vərəsəlik hüququm, Məzar, məziyyətimi, Ölsəm vəsiyyətimi Vətən, daşa yazaram. Bu torpağın yaşını Yarpağına yazaram. Vallah varağ tapmasam Yaddaşıma yazaram! Keçən keçdi, bu günün Qara günün qara daşa, Ağ gününü ağ daşa, Çağdaşına yazaram! ~~~~~~~~~~~~~~~~~~~ 06.12.2011-ci il |
Bu dünyanın salam almaz, sal daşı var.
Bu dünyanın canlı, cansız, salnaməçi,
Bu dünyanın qanlı, qansız, qar daşı var.
Bu dünyanın pozulmuş, həm pozulmamış,
Bu dünyanın tilsim altda yozulmamış,
Daşlara da həkk olunmuş yaddaşı var.
Bu dünyanın yurddan çıxdaş yurddaşı var. Gözəl yazmısan, Hüseyn bəy, eşq olsun! Uğurlar həmişə səninlə olsun, inşallah!