Dözüm qalıbdı?
Dözüm qalıbdı?
A ağlar buludlar, çağlar çeşmələr, A qaynar bulaqlar, dağlar, dərələr, Sıldırım qayalar, bəndlər, bərələr, Yerdə izim, göydə gözüm qalıbdı. Qocaman palıdın sərin kölgəsi, Kolların dibində yıxıldım, yatdım. Çırpı yığdım, ocağ çatdım, od çatdım, Sönməz odum, qaynar közüm qalıbdı. İldırımlar şaqqıldardı şaqqaşaq, Talalarda taqqıldardı taqqataq, Lərzə gələr gurultudan yer, yataq, Söylənəsi söhbət, sözüm qalıbdı. Dovğası xımılı, nanə, yarpızlı, Yemlikli, yemişli, soyuq qarpızlı, Köynəyi sapsarı, saçı pırpızlı, Qaş aypara, ala gözlüm qalıbdı. Örüşə çıxardım, örüşlər gözəl, Gözəl gül - çiçəklə öpüşlər gözəl, Gözümdə gərməşov, göyrüşlər gözəl, Özgəlikdə ölmüş özüm qalıbdı. Bu nə işdi gəldi sənin başına, Ağ düşübdü saqqalına, qaşına, Qayğılanmaq yaraşarmı yaşına, Ay Səngərli, səndə dözüm qalıbdı? ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 21.11.2011-ci il |
Yemlikli, yemişli, soyuq qarpızlı,
Köynəyi sapsarı, saçı pırpızlı,
Qaş aypara, ala gözlüm qalıbdı.
Örüşə çıxardım, örüşlər gözəl,
Gözəl gül - çiçəklə öpüşlər gözəl,
Gözümdə gərməşov, göyrüşlər gözəl,
Özgəlikdə ölmüş özüm qalıbdı.
Bu nə işdi gəldi sənin başına,
Ağ düşübdü saqqalına, qaşına,
Qayğılanmaq yaraşarmı yaşına,
Ay Səngərli, səndə dözüm qalıbdı?
Yüreğinize,kaleminize sağlık selamlar............