Nə hoqqabazlıqdı?, Neçəyə gəlir?
Nə hoqqabazlıqdı?
(Satirik yöndə yazılmış şeirlər) ATƏT-in Minsk qrupu Məncə siyasət “"trup"u1. Birdəfəlik bərkitmir Niyə babam şurupu? Həmsədrlər dəyişir, Biri gedir, biri gəlir. Bildim, amerikanlı Brat2 Robert Bratke Əvəzlədi birini. Baş brat yubadır hələ İqor Popov “pir”ini. Fürsət fransızların, Fasye gedir, For gəlir, Zırpı gedir, zor gəlir, Bu qəlbimə qorxu, qor, Gözlərimə tor gəlir. Bilirsiz qorxum nədən? Olarmı başsız bədən? Formal şeydi bu format, Qarabağ da qalıb mat. Nə problem çözülür, Nə də dərdə dözülür. Rəğbətsizdi rəsmiyyət, Kəmiyyətdə keyfiyyət, Cəfa çəkən cəmiyyət, Nəticəsiz, nəs niyyət. İndi fəsli payızmı, Bilməm qışmı, ya yazmı. Bu işləri çözməyə İyirmi il bəs azmı? Nəhayət pünhan - pünhan, Başa sal Baba Pünhan, Bu nə hoqqabazlıqdı? ~~~~~~~~~~~~~~~~~ Qeyd: 1.Trup - rus dilində meyit; 2.Brat-qardaş mənasında. 29.11.2011-ci il Neçəyə gəlir? Pipiyi qan, gözü mərcan, Obaşdan erkən banlayan, Qocaldıqca qoca xoruz, Babam, banlamaq növbəsi Bala xoruz – beçəyə gəlir. Xeyir ayrı, şər ayrı şey, Oynamağa nə zurna, ney, Hər məclisdə olmaz ki mey. Masabəyi odur, ehey, Kətil üstə, keçəyə gəlir. Kənd-kəsəyin kəndxudası, Xudayarı, öz kattası, Öz aşığı öz mollası, Yadlar üçün yasaq yası, Özgə çeynəm, çeçəyə1 gəlir. Əlində var təsbeh, əsa, Yanlarını basa - basa, Aşırdanda kasa - kasa, Masa kasıb, karlı, qısa, Molla yasa neçəyə gəlir? ~~~~~~~~~~~~~~~~~~~ Qeyd: 1.Çeçəyə gəlmək – tikəsi boğazında qalaraq, öskürmək mənasında. 03.12.2011-ci il |