Alar gedər
Alar gedər
Saz da saat kimi sazlana gərək, Gərdəkdə gəlintək nazlana gərək, Toyda toz qopara, tozlana gərək, Yoxsa yaz könlümü dərd alar gedər. “Kərəmi” köks üstə köklənə gərək, Kərəm, keşiş işi köhnələ gərək, Mənimcə məşuqə köhlənə gərək, Gərəksə, mərdana mərd alar gedər. Müridin, mürşidin, müxənnətlərin, Mürtəce, mücahid, mücərrədlərin Müxtəsər, münasib mükafatı var. Mənimcə mənliyi məst alar gedər. Şahmatın gedişdə gör ki, matı var, Şah fiquru, topu, fili, atı var, Şah oğlunun şaha layiq zatı var, Ad - sanı fərasət, fərd alar gedər. Sən yüz cütlə şeş - qoşanı əlində, İnsafı yox, mürvəti yox zərin də, Demə ki, kamalın dərya dərində, Səngərli, nəyin var nərd alar gedər. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 21.11.2011-ci il |