Ölüm yaxşıdı
Ölüm yaxşıdı
“Dost başa baxar, düşmən ayağa”, Ayıbı qaxar da ay ağa, ağa. Dam–daşda güc düşər dirək, dayağa, Ayə, yaz yağışlar ha yağa, yağa. Bir ömrə fələk ki, bərk balta çala, Gədə - güdə gendən baxa əl çala, El içində gözdən düşə, alçala, O adam qalxanmaz qan ki, ayağa. Eşitdinmi Bamsı Beyrək, ya Babək, Bayandurlar, oğuz oğlu ola baz? Qeyrətsizdə namus, qeyrət, olanmaz, Olsa nə var dayaz ağlı duymağa. Ayıbqanmaz, utanmazdan yüz də yaz, Dona xatun, keçəl Həmzə dazdı, daz, Məzarını öz əlinlə özün qaz, Əbədilik uyumağa, uymağa. Quşun qonsa naməhrəmə, - qadına, Yaman adın yamağ olar adına, Dağ-dağ olsan dağ da çatmaz dadına, Nə ehtiyac sarımsağa, sumağa? Barmaq bata yüz də bala, qaymağa, Sarı yağa, ya quyruğa, quymağa, Aybın düşsə obalara, oymağa, Səngərli, yaşama, ölüm yaxşıdı. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 26.11.2011-ci il |