Xəbəriniz varmı heç
Xəbəriniz varmı heç
Günəş Güneydən çıxır, Quzeydə sönür, yaxır. Kürlə, Araz arxayın, Axır, Xəzərə axır. Xəbəriniz varmı heç? Xoşlanıram Xəzridən, Xoflanıram Xəzridən, Oxlanıram Xəzridən Oflanıram Xəzridən, Xəbəriniz varmı heç? Arazın o tayından, Zülm, zalim əlindən Uçub, pənah gətirən Durnaların sayından Xəbəriniz varmı heç? Sazı sazımdan da saz, Payız, qışda, yayda, yaz, Urmu gün-gündən dayaz, Hara uçur durna, qaz, Xəbəriniz varmı heç? Zindanda Lisanilər, Əzab çəkir Ərdəbil. Tuthatutdu, bashabas, Bu nədir Həzrət Abbas? Xəbəriniz varmı heç? Ulutürküm, ulu soy, Bir millətik, biz bir soy, Bir soyuq, bir dəlisoy, Ayaqdadı Zəncan, Xoy, Xəbəriniz varmı heç? Zəncir qıran, hayqıran, Haqq səsinə hay verən, Yaxınından yoxdu hoy, Bu nə zurna, bu nə toy, Xəbəriniz varmı heç? Səpələyən dünyaya, Düzə, dən-dən eyləyən, Məni məndən eyləyən, “ETTELAAT”, eşidin, Xəbəriniz varmı heç? Şəhriyar şəhid oldu Şah rejimi əlində. Savalan saçın yoldu Çəngə - çəngə əlində. Xəbəriniz varmı heç? Əlimdəki sübutum Süleymanlar, Sabirlər, Söhrablardı, Sirusdu, Pişəvəri, Pirusdu. Xəbəriniz varmı heç? Pozulubdu sükutum, Yoxsa sonum, süqutum? Sülhpərvərlik bəsdi, bəs, Umma ədalət, əbəs. Xəbəriniz varmı heç? Dərdə salan dələduz, Dəmadəm də dəyyusdu. Urmiya, Təbriz, - Cənub, Milyonlarım məyusdu. Xəbəriniz varmı heç? ~~~~~~~~~~~~~~~~~~ 10.10.2011-ci il |
Yoxsa sonum, süqutum?
Sülhpərvərlik bəsdi, bəs,
Umma ədalət, əbəs.
Xəbəriniz varmı heç?
Dərdə salan dələduz,
Dəmadəm də dəyyusdu.
Urmiya, Təbriz, - Cənub,
Milyonlarım məyusdu.
Xəbəriniz varmı heç?
sabaxınız xeyir cumanız mubarek olsun .ne gözel yazıpsınız sizi ürekten tebrik edirem üreğinize sağlıx herdem şiirlerle galın