Mən belə olsaydım
Mən belə olsaydım
Mən bulud olsaydım, qapqara bulud, Gözlərimə leysanları yığmazdım. Mən yağış olsaydım, belə yağmazdım, Dəli kimi dəryalara axmazdım. Mən küləy olsaydım, belə əsməzdim, Əlvan - əlvan əsmərləri əyməzdim. Mən şaxta olsaydım, belə kəsməzdim, Gül - çiçəyi soldurmazdım, əzməzdim. Mən tufan olsaydım, belə qopmazdım, Qosqocaman qovaqları qol - budaq Burub sağa, burub sola, sərvi boy Çinarları qopartmazdım, yıxmazdım. Mən Günəş olsaydım, gücə yol verməz, Qoçuya, quldura qüvvət, qol verməz, Məzluma, fağıra dərdi bol veməz, İnsanları inlətməzdim, sıxmazdım. Can ətdəndi, tökülməmiş o tuncdan, Milçək kimi qırılırıq bir ucdan, Suallar yaranır əməldən, suçdan, Ədalət naminə dinər, susmazdım. Bir dəfə gəlirik bu dünyaya biz, Qırmaq üçün yaranmamış qıyıq, biz, Ay Səngərli, insan olsun, ya ilbiz, İncitməyin, candı, qandı, baxmazdım. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 02.09.2011-ci il |