Ərəb baharı
Ərəb baharı
Dığırladın taxtından Neçə - neçə şahları. Mənəm-mənəm deyənlər, Məkrli məddahları. Gəl - gəl “ərəb baharı”! Bizdə də manqurt varmış, Piylənmiş, harınlamış, Qarınları yağlanmış, Yaxasından gəl yapış, Gəl - gəl “ərəb baharı”! Uzundu əl – qolları, Var parası, pulları, Durna kimi dulları, Səpələyir dolları, Gəl - gəl “ərəb baharı”! İstək ürəkdən, candan, Bilirsənmi haçandan, Gözləyirik yolunu, Uzat köməy əlini, Gəl - gəl “ərəb baharı”! Cin, şeytan, cibgir cilddə, Bu fasonda, bu viddə, Əşi, lap əlahiddə, Heç olmasın şahid də, Gəl - gəl “ərəb baharı”! İstəmirik çovğunu, Qışı, boranı, qarı, Yaxın eylə yolları, Bizi yada sal barı, Gəl - gəl “ərəb baharı”! Lazım deyil sovqatın, Tək xoş olsun ovqatın. Çərkəzi yəhərə yat, Çapırt gəl ərəb atın. Gəl - gəl “ərəb baharı”! ~~~~~~~~~~~~~~~~~~ ______________________ Ad alıbdı qozbel, donqar, İçi boşdu, yorğa, yonqar. Yanında yalan olubdu, Yarəb, qırğı, şahin-şonqar. ______________________ |