Özün çək
Özün çək
Bir dəfə gəlmişəm, bir də gəlmərəm, Bir dəfə gedərəm, bir də görmərəm, Geriyə dönmərəm, get, görüşmərəm, Dərdindən ölmürəm, dərdəcər dünya. Səfanı verirsən səyə, səfehə, Cəfanı verirsən “of”, “ah”a, “eh”ə, Vəsatət vermərəm vəsfinə vədə, Vərəmsən, vəbasan, vəfasız dünya. Şəkərin, şəbnəmin, şeh sənin olsun, Mehman sənin olsun, meh sənin olsun, Elə qoy ehsan da, “eh” sənin olsun, Yeməsəm ölmərəm, öləsi dünya. Kimə səkil tikə, kimiyə sillə, Döyürsən döşünə dördcə fəsillə, Əsil – nəcabətin, əsil - nəsillə, Sən elə şəkilsən, şəkil, a dünya. Əkəndə əkirsən, biçəndə biçir, Bığının altından arsızlar keçir, Zarafat gəlməsin, Zalların köçür, Əkil başımızdan, əkil, a dünya. Nə dəlisən, nə gədəsən, nə dədə, Nə ədəbli, nə ədəbsiz, nə ədə, Vəfasızsan verdiyin sözə, vədə, Vəkilliy edirsən, vəfasız dünya. Səninki bir vərəq, bir qara qələm, Bir əzab - əziyyət, bir dərd, bir ələm, Qorumağa bir şərəfin, söz şələn, Səngərli, özün çək, çəkil, a dünya. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ Bakı, cümə, 26 Avgust 2011-ci il |