Gədəlikdən dədəliyə
Gədəlikdən dədəliyə
Eh, nə var ki bəbəliyə, Güc doğana, məməliyə. İnsan ayağ açır niyə İməkləyə - iməkləyə? Gədəlikdən dədəliyə Gedən yollar nahamardı. Sənətkarlar ucalaraq, Zirvəsinə bayraq taxdı. Bilirsənmi, ədə niyə Qollarında qopuz gəldi, Sözü yumruq, topuz gəldi, Ozan Qorqud dədəliyə? Gədəlikdən dədəliyə Dərə, təpə, yol keçməli. Hər hərcayı keçə bilməz, Haqqı nahaqdan seçməli. Gədəlikdən dədəliyə Ədəb yolu, dərs keçməli. Dəli – dülü keçə bilməz, Yaxşını pisdən seçməli. Yunis Əmrə, Qorqud Dədə, Ələsgər, Əmrahdı Dədə, Şenlik, Şəmşir şərafətlə Yüksəldilər dədəliyə. Ədəb, əxlaq, mərifətdən, Həqiqətdən, təriqətdən, Təfəkkürdən, təxəyyüldən, Tər sinədən tər dedilər. Söz də bağlı bir boğçadı, Bu boğçanı aç dedilər. Gül – bülbüllü bir bağçadı, Bu bağçadan dər dedilər. Qələmin də ay Səngərli, Qətiyyətli, ədalətli, Lələdən də ləyaqətli Dəyər verdin dədəliyə. ~~~~~~~~~~~~~~~~~~~~ 23.08.2011-ci il |