1
Yorum
0
Beğeni
0,0
Puan
847
Okunma
Əfsanədi
Meyin yeri meyxanələr,
Onlar da xanə - xanədi,
Dəli könlüm bir danədi,
Dad – aman da əfsanədi.
Nə daş-qaşa, nə zər, lələ
Ləlimədim mən ki, hələ,
Xəlbir götür ələ, lələ,
Xəyallar boş, əfsanədi.
Vurdum mıxa, döydüm nala,
İstədim ki, izim qala.
Nə yatdım ki, nə də görəm,
Həyat yuxu, əfsanədi.
Səngərlidə bu təb nədi,
Tərs dolanan tərsanədi,
Dünya mənə, nə sənədi,
Əfsuslar ki, əfsanədi.
~~~~~~~~~~~~~~~~~~~
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.