Nağıllara inanımmı?
Nağıllara inanımmı?
“Biri var idi, biri yox idi, Allahın bəndəsi çox idi”. Dünya fani, dünya gidi, Kimi yoxsul, kimi tox idi. Röyalarda hər yan lala, Bayıldım, batdım ki bala, Xam xəyallar demə xülya, Oyandım, gördüm yox idi. Gördüyüm yuxu, tuşdumu? Mələklər uçan quşdumu? Göydən üç alma düşdümü? Dünya, düzü düşünmürəm. “Ovçu Pirim”, sən də atma, Gördüm aha, “Göyçək Fatma”, Nağıl demir nənəm daha, Nağıllara inanmıram. Keçiyə şələ Şəngülüm, Şükürlər olsun Şüngülüm, Məzən olsun a Məngülüm, Mələ, mələ, mən də gülüm. Cırnamasın Cırtdan məndən, Qorxum yoxdu divdən, cindən, Tək qorxum bicdən, cibgirdən, Çəkinirlər niyə “KİV”dən? Nağıldakı Məlikməmməd, Ağatlı oğlan hardadı? Babam, millət bazardadı, Məncə məmləkət dardadı. Qara buludlar dolaşır Qarabağın başı üstə. Daşnaklar çapdı, taladı, Daş qalmadı daşı üstə! Canavar caynaxla, dişlə, Hara gedir bu gedişlə? Gavırlara deyən yoxdu Gözün də var qaşın üstə! Bülbül gülü, ocax külü Pərdələyər pərdə tülü, Üçlüklər üstüörtülü, Tülək Türk başı tüstülü! Bu dünya bir cəhənnəmdi, Alov saçır, od püskürür, “Xəcalətdən” xəstə hürür, Hüquqa da inanmıram! Ləyaqətsiz lələlərə, Belimizdə şələlərə, Bel bağlamam belələrə, Ölkələrə inanmıram! Gülünc güclər, gülbəsərlər, Girinc olmuş gicbəsərlər, Nağılbazlar nağıl söylər, Sözbazlara inanmıram! Kələkbazlar, ay kələklər, “Məsum” baxışlı “mələklər”, Min səmtə əsən küləklər, Kürənlərə inanmıram! Gözümdəki ay eynəyim, Ermənidənmi eymənim? Eşit elim, eyib mənim, Eyhamlara inanmıram! Kimə meyit, kimə medal, Kimə haram, kimə halal, Düşüncə dar, kəllədən kal, Kahallara inanmıram! Bir nəticə varmı bəyəm? A bəylər, nə bəyannamə? Nə nağıldı, nə də namə. Namərdlərə inanmıram! Kasıb, karqulağ olma, Lal, lağlağı, lağ olma, Eşit, ey, ulağ olma, Onlara inanmıram! Lal sular ləpiy atdı, Atam, eşit, Obama Obama təpiy atdı. Atanlara inanmıram! Gəldi, girdi Məhərrəmlik, Harda qaldı bəs həmrəylik, Yetər, bəsdi, bəs təlxəklik, Təlxəklərə inanmıram! Avropada, Astanada, Nə toplantı, nə şuradı? Şeyxim dedi Aşuradı, Şuralara inanmıram! Əylən əşi, öncə deyim əssalam, Ədəbazla, əcnəbiylə, əclafla, Yalan, lafla, kəmfürsətlə kəs salam, Şüarlara inanmıram, vəssalam!!! ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 07.12.2010-cu il |