Daha kəskin, daha ciddi
Daha kəskin, daha ciddi
(Türk dünyasının ölməz şairi Xəlil Rzanın eyniadlı şerinə qarşılıqlı) Nə qədər ki, Nəimilər, Nə qədər ki, Nəsimilər, Nə qədər ki, Nizamilər Susacaqlar suçlu-suçlu, Ziya, zəka, zikrə ziddi, Daha kəskin, daha ciddi! Nə qədər Mirzə Cəlillər, Nə qədər Seyid Əzimlər, Nə qədər Mirzə Sabirlər, Susacaqlar suçlu-suçlu, Ziya, zəka, zikrə ziddi, Daha kəskin, daha ciddi! Tünddü, tüləmiş tülkülər, Türlü eşidin ey TÜRKLƏR, Nə qədər ki, Ulutürklər, Susacaqlar suçlu-suçlu, Ziya, zəka, zikrə ziddi, Daha kəskin, daha ciddi! Nə qədər Hikmət Ziyalar, Nə qədər ki, Bəxtiyarlar, İxtiyarsız ixtiyarlar, Susacaqlar suçlu-suçlu, Ziya, zəka, zikrə ziddi, Daha kəskin, daha ciddi! Başda duran balinalar, Babam, nəhəng nərə, “kit”lər, Nə qədər Mirzə Sakitlər, Susacaqlar suçlu-suçlu, Ziya, zəka, zikrə ziddi, Daha kəskin, daha ciddi! Xalqa xain, bədnəzərlər, Nə qədər Mirzə Xəzərlər, Qısılacaq, qısqanacaq, Susacaqlar suçlu-suçlu, Ziya, zəka, zikrə ziddi, Daha kəskin, daha ciddi! Dinc durmasın barmaq gərək, Buxovları burmaq gərək, Zəncirləri qırmaq gərək, Qanatmağa cırmaq gərək, Qulaqları burmaq gərək, Daha kəskin, daha ciddi! Nə qədər ki, susacaqlar Suçlu-suçlu “suveren”lər, İş alacaq, iş verəcək İşbazlarla, işverənlər, Davam edir otuz yeddi, Daha kəskin, daha ciddi! Nə qədər ki, kəsilməyib Ağlamalar, ağılar da, Nə qədər ki, bu diyarda At oynadır yağılar da, Davam edir otuz yeddi, Daha kəskin, daha ciddi! Nə qədər ki, imperiyanın Əl çəkməyir ətəyindən, Nə qədər ki, xalq dadacaq Köpəklərin kötəyindən, Davam edir otuz yeddi, Daha kəskin, daha ciddi! Qulağ asın ay bozqurdlar, Nə qədər sümsük tulalar Quduzlara quyruq bular, Qular susar, bayquş ular, Davam edir otuz yeddi, Daha kəskin, daha ciddi! Nə qədər ki, qara qarğa, Döyəcəkdi qapın darğa, Qarnıyoğun, yaltaq, yorğa, Qulağında eylə sırğa, Davam edir otuz yeddi, Daha kəskin, daha ciddi! Haqqı sevən haqqın anlar, Nə qədər ki, nahaqq qanlar, Axır, gedir, alır canlar, Quduzlaşmış canavarlar, Davam edir otuz yeddi, Daha kəskin, daha ciddi! Olmuş, olar, var məddahlar, Qalacaqdı qanlı şahlar. Gələcəkdə kəsməyəcək Ahlar, ehlər, oflar, uflar. Davam edəcək otuz yeddi, Daha kəskin, daha ciddi! Nə qədər ki, bu mətbuat, Teleməkan, efir, ekran, Yarımçıqlar yarınacaq, Əlbəttə ki, bu tayfa, klan Yaşayacaq belə kalan, Daha kəskin, daha ciddi! Olsun milyon qaçqın, köçkün, Məgər bunu görmür filan? Sancır əqrəb, çalır ilan, Deməli ki, davam edir Repressiya - otuz yeddi, Daha kəskin, daha ciddi! Nə qədər ki, qohumbazlar Qol-boyundu, qol-qoladı Davam edəcək “daloy”lar da, Davam edəcək olaylar da, Davam edəcək otuz yeddi, Daha kəskin, daha ciddi! ~~~~~~~~~~~~~~~~~~~~~ Bazar, 19 iyun 2011-ci il |