Bütöv Azərbaycan naminə
Bütöv Azərbaycan naminə
Şəxsi fikri hər kəsin, Kim nə deyir, qoy desin, Dilim, dinim naminə Diləyimi verərəm! Dikəlib, dirçəlməyə Dirəyimi verərəm! Birləşib, bir olmağa Biləyimi verərəm! Kür kimi kükrəyəndə Kürəyimi verərəm! Silməyə, süpürməyə Küləyimi verərəm! Dövranı devirməyə, Tərsinə çevirməyə, Tərəfimi verərəm! Uğurlar, zəfərlərə, İşıqlı səhərlərə Təbrikimi verərəm! Sevinəndə sevinnəm, Süzüləndə süzülləm, Üzüləndə üzülləm, Süzülüb, üzülməyə Ürəyimi verərəm! Təki millət bir olsun, Ocağ olsun, pir olsun, Əməldə əlbir olsun! İstəmərəm, İlahi, İftira, ianələr, Bütövlük, birliyimə, Soykökümə, kökümə Kişilik, kimliyimə, Qara ləkə, kir olsun! Qəbahətlə barışsam, Qoy yerim qəbir olsun! ~~~~~~~~~~~~~~~~~~~ Cümə axşamı, 21 iyul 2011-ci il |